14:05 - 8.09.2022
8 sentyabr, Fineko/abc.az. Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyan hər kəsi təəccübləndirəcək açıqlama verib. Belə ki, nazir Ermənistanda məktəblərdə Azərbaycan dilinin tədris olunduğunu bildirib.
ABC.AZ xəbər verir ki, bu barədə "Sputnik Armenia" saytı məlumat yayıb.
Nazir açıqlamasında bunları deyib: “Ermənistanda yuxarı siniflərdə təhsil alan şagirdlər fakültətiv fənn olaraq Azərbaycan və türk dillərini seçirlər. Nazirlik yuxarı siniflərdə Azərbaycan və türk dillərinin öyrənilməsini istək əsasında, gürcü və fars dillərinin öyrənilməsini isə əsas dil olaraq tədris edilməsini təklif edib".
Müəllif: Elmir Murad