17:21 - 31.05.2018
31 may, Fineko/abc.az. “Azərsu” ASC Oğuz rayonu ərazisində su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması layihələrini başa çatdırdı.
“Azərsu” xəbər verir ki, Astraxanovka və Vladimirovka kəndlərinin su təchizatının yaxşılaşdırılması layihələri dövlət investisiyaları hesabına həyata keçirilmişdir.
2018-ci ildə, Oğuz rayonundan başqa, “Azərsu” dövlət investisiyaları hesabına Xızı, Ağdaş, Ucar və Masallı rayonlarının 11 kəndində layihələri həyata keçirəcək. Nəticədə 15 min nəfər üçün su təchizatı yaxşılaşdırılacaq.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026