14:14 - 7.09.2022
7 sentyabr, Fineko/abc.az. Bu ilin avqustun 24-dən 28-dək Türkiyənin İstanbul şəhərində keçirilən Arıçılıq Assosiasiyalarının Beynəlxal Federasiyasının (APİMONDİA) 47-ci Konqresində Azərbaycan balı dünyada 3-cü olub.
ABC.AZ xəbər verir ki, Konqresə arıçılarla yanaşı, mütəxəssislər, sahibkarlar, texniki işçilər və rəsmi şəxslər də daxil olmaqla dünyanın 44 ölkəsindən 161 iştirakçı qatılıb.
Sərgidə Azərbaycan arıçıları milli pavilyonda öz məhsullarını nümayiş etdirib, ziyarətçilərə Azərbaycanın genofondu olan Bozdağ Qafqaz arısı, eyni zamanda arıçılığın inkişafı ilə bağlı dövlət dəstəyi barədə tədbir iştirakçılarına geniş məlumatlar verilib.
Pavilyonda ziyarətçilərə Azərbaycan balının dadı, ətri və özəllikləri, bal nümunələri təqdim edilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026