Pensiyalar nə vaxt ödəniləcək?

10:01 - 5.09.2022


5 sentyabr, Fineko/abc.az. Sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Bu barədə ABC.AZ-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. 

Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.