14:46 - 31.08.2022
31 avqust, Fineko/abc.az. Avqustun 26-da Azərbaycan ordusu tərəfindən tam nəzarətə götürülmüş Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatının bərpa edilməsi məqsədilə “Azərsu” ASC-nin mühəndis-texniki heyəti, qəza-bərpa briqdasından ibarət qrup həmin tarixdən Laçın şəhərində işlərə başlayıb.
ABC.AZ quruma istinadla xəbər verir ki, aparılan araşdırma zamanı məlum olub ki, Laçın şəhərini içməli su ilə təmin edən subartezian quyuları, nasos stansiyası və digər hidrotexniki qurğular məqsədli şəkildə sıradan çıxarılıb, nasoslar sökülərək aparılıb. Eyni zamanda magistral kəmər bir neçə nöqtədə qəsdən dağıdılıb, bir nöqtədə kəmərin içərisinə böyük bir ağac kötüyü yerləşdirilib.
Hazırda “Azərsu” ASC-nin mühəndis-texniki heyəti, qəza-bərpa briqdasından ibarət qrup Laçın şəhərinin içməli su təchizatı sistemlərinin təftişi və bərpası istiqamətində təxirəsalınmaz tədbirləri davam etdirir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026