10:02 - 22.08.2022
22 avqust, Fineko/abc.az. Təyinatı tikinti aparmaq üçün olmayan torpaq sahəsində ev inşa edənlər cərimə olunurlar. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ev tikən şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdşları tərəfinan aparılan monitorinqlər zamanı aşkar edildikdə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən protokol tətbiq olunur. Bu qanunsuz əmələ yol verdiyi üçün, fiziki şəxslər beş yüz manat, vəzifəli şəxslər min manat, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilirlər.
ABC.AZ xəbər verir ki, bu barədə Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Xəzər Xəbər"ə deyib ki, qanunsuz tiklilərin sahiblərini müəyyən məbləğdə cərimə etmək çıxış yolu deyil.
Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, 2015-ci ildən hazırki vaxta qədər kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən başqa məqsədlər üçün istifadə hallarına görə, inzibati tənbeh tədbiri kimi 609 protokol tərtib edilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026