17:00 - 19.08.2022
19 avqust, Fineko/abc.az. Dünya ərzaq bazarında qiymətin artımı fonunda ölkəmizdə un və çörəyin qiymətində manipulyasiyalara yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunamüvafiq tədbirlər həyata keçirir.
ABC.AZ quruma istinadla xəbər verir ki, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparılır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet saytında un istehsalçılarının topdansatış mərkəzləri, həmçinin məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatlar yerləşdirilib və mütəmadi olaraq yenilənir.
Bu məlumatlara aşağıdakı link vasitəsilə keçid etmək olar: https://competition.gov.az/storage/files/files/837/fFzxq8orognxl0wmApD8pO1HGlOvFTqYMxJHqf9v.pdf
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026