“Azərsu” rəhbərliyi Qusarda vətəndaşları qəbul edib

11:13 - 18.08.2022


18 avqust, Fineko/abc.az. “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov 17 avqust 2022-ci il tarixində Qusar şəhərində Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edib.

ABC.AZ quruma istinadla xəbər verir ki,  qəbulda Qusar və Quba rayonlarından 39 nəfər iştirak edib. 
Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.