ABŞ Dövlət Departamentindən Azərbaycan iqtisadiyyatı ilə bağlı müsbət açıqlama

11:51 - 29.07.2022


29 iyul, Fineko/abc.az. Azərbaycanda ümumi investisiya mühiti inkişaf etməkdə davam edir, lakin bəzi önəmli çağırışlar qalmaqdadır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, ABŞ-ın Dövlət Departamentinin dərc etdiyi “2022 İnvestisiya Hesabatları:Azərbaycan” adlı sənəddə belə qeyd olunub.

Bildirilib ki, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi istiqamətində islahatlarla və özəl sektora əsaslanan iqtisadi böyüməni təşviq etməklə ölkəyə xarici investisiyanın cəlb edilməsinə çalışır.

Sənəddə Azərbaycan iqtisadiyyatının neft və qazdan asılı olduğu və bunun ölkənin ümumi gəlirlərindəki payının 88%, dövlət büdcəsinin isə yarısını təşkil etdiyi qeyd olunub.

Bununla yanaşı qeyd edilib ki, Azərbaycan iqtisadiyyatı 4,3% kiçildiyi 2020-ci ildən fərqli olaraq 2021-ci ildə 5,6% böyüyüb.