16:38 - 22.07.2022
22 iyul, Fineko/abc.az. Ukrayna, Türkiyə və BMT taxıl ixracına dair saziş imzalayıb.
Bu bardə ABC.AZ xarici mətbuata istinadən xəbər verir .
Sazişə əsasən “Yujnı”, “Çernomorsk” və “Odessa” limanlarına nəzarət Ukrayna tərəfində qalır. Bu limanlarda taxılın və əlaqədar ərzaq məhsullarının və gübrələrin ixracını təmin edəcək gəmilər istisna olmaqla, digər gəmilərin olması nəzərdə tutulmur.
Sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov, Türkiyə Müdafiə Naziri Hulusi Akar və BMT-nin baş katibi Antonio Quterreş imzalayıblar.
30 İyul 2026
29 İyul 2026