16:32 - 21.07.2022
21 iyul, Fineko/abc.az. Avropa İttifaqı Rusiyadan qızıl ixracına qadağa qoyub.
ABC.AZ xəbər verir ki, bu Moskvaya qarşı tətbiq etdilən növbəti sanksiyalar çərçivəsində həyata keçirilib. Bunu Avropa İttifaqının ali nümayəndəsi Cozef Borel tviter səhifəsində yazıb.
“Bu gün biz Rusiyanın Ukraynaya qarşı hücumunu maliyyələşdirməsinin qarşısını almaq üçün daha bir addım atdıq. Biz Rusiyanın enerjidən sonra ən əhəmiyyətli məhsulunun- qızılın ixracına qadağa qoyduq. Aİ yaxınlaşan qlobal ərzaq böhranının öhdəsindən gəlməyi təmin etmək üçün üzərinə düşəni edir”, - o bildirib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026