16:45 - 15.07.2022
15 iyul, Fineko/abc.az Rusiya Prezidenti Vladimir Putin “Roskosmos” dövlət korporasiyasının rəhbəri Dmitri Roqozini istefaya göndərib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, V.Putin bu barədə sərəncam imzalayıb. Putinin digər bir sərəncamı ilə Yuri Borisov Rusiya Baş nazirinin müavini vəzifəsindən azad edilərək “Roskosmos”un baş direktoru təyin edilib.
Qeyd edək ki, 58 yaşlı Dmitri Roqozin 2018-ci ilin mayından bu vəzifədə çalışıb.
10 Avqust 2026
10 Avqust 2026