Almaniyada liman işçiləri tətil edir - Əməkhaqqının artırılmasını istəyirlər

14:18 - 14.07.2022


14 iyul, Fineko/abc.az Almaniyada əməkhaqqının artırılmasını tələb edən liman işçiləri tətil edir.

ABC.AZ xəbər verir ki, bu barədə Almaniyanın Birləşmiş Xidmətlər Həmkarlar İttifaqı məlumat yayıb.

Məlumata görə, tətilçilər əməkhaqqının hər saata 1,2 avro artırılmasını tələb edirlər. Artıq Bremen, Bremerhafen və Hamburq limanlarında tətilin keçirildiyi bildirilir.