Bu ölkə beynəlxalq loqistika mərkəzi yaradır    

12:02 - 14.07.2022


14 iyul, Fineko/abc.az. Özbəkistan-Qırğızıstan İnkişaf Fondu Qırğızıstanın Batken vilayətinin Qızıl-Kiya şəhərində beynəlxalq tranzit logistika mərkəzinin yaradılması layihəsi üzərində işləyir.

ABC.AZ xəbər verir ki, bu barədə Qırğız prezidenti Sadır Japarovun sədrliyi ilə keçirilən iclasda Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov bildirib.

Onun sözlərinə görə, Qızıl-Kiyadakı köhnə şəhər hava limanının yerində yeni obyektin tikintisi planlaşdırılır, layihənin texniki-iqtisadi əsaslandırması artıq hazırdır. “Ümid edirik ki, bu layihə Çindən Fərqanə vadisinə və daha sonra Avrasiya İqtisadi Birliyi ölkələrinə, eləcə də Avropaya yeni ticarət marşrutu açacaq”, - Akılbek Japarov bildirib.