Tokayev Rusiyadan çıxan şirkətləri Qazaxıstan bazarına cəlb edir      

11:28 - 14.07.2022


14 iyul, Fineko/abc.az. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyadan çıxan şirkətləri ölkəsinə cəlb etmək üçün göstəriç verib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Tokayev bildirib ki, hökumət Rusiya bazarını tərk edən xarici şirkətləri cəlb etmək üçün əlverişli şərait yaratmalıdır.

“Biz investisiya kapitalı üçün qlobal mübarizənin şahidiyik. Hər 1400 iri xarici şirkətdən hər ikincisi Rusiya bazarında öz fəaliyyətini ya dayandırıb və ya tamamilə tərk edib. Hökumət onların Qazaxıstana köçürülməsi üçün əlverişli şərait yaratmalıdır”, - deyə Kasım-Jomart Tokayev qeyd edib.