10:43 - 14.07.2022
14 iyul, Fineko/abc.az. “Taxıl məsələsi” ilə bağlı keçirilən görüşdə İstanbulda koordinasiya mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, gələn həftə Ukrayna və Rusiya nümayəndə heyətləri “taxıl məsələsi”ni müzakirə etmək üçün yenidən Türkiyədə görüşəcək.
Ekspertlər iddia edir ki, görüş zamanı müzakirə olunan məsələlər üzrə yekun sənəd imzalana bilər. Analitiklər İstanbul görüşünü məhsuldar adlandırıb və görüşün müsbət və konstruktiv keçdiyini bildiriblər. Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026