16:56 - 13.07.2022
13 iyul, Fineko/abc.az. İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında taxıl böhranı mövzusunda danışıqlar başlayıb.
ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə 3 ölkənin Müdafiə Nazirliklərinin hərbi heyətləri və BMT nümayəndə heyəti iştirak edir. Tərəflər Ukrayna limanlarında gözləyən taxıl yüklü gəmilərin hərəkət istiqamətini və təhlükəsizlik məsələlərini müzakirə edir.
Qeyd edək ki, fevralın 24-dən davam edən müharibə səbəbindən yük gəmiləri Ukrayna limanlarını tərk edə bilmədiyi üçün dünyanın bir çox ölkəsində taxıl böhranı yaşanır.
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026