15:53 - 16.06.2022
16 iyun, Fineko/abc.az. Azərbaycan kimi alternativ təchizatçıların çox böyük rolu var.
ABC.AZ xəbər verir ki, bunu Birləşmiş Krallığının Baş naziri Boris Consonun iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı məktubunda öz əksini tapıb.
Baş nazirin məktubunda daha sonra qeyd edilir: “Eyni zamanda, iqlim dəyişikliyi artıq nəzəriyyə deyil. Bu gün daha isti, quru və dəyişkən havanın reallığı yaşayış yerlərinə ziyan vurur və həyatlara son qoyur. İqlim dəyişikliyinin gələcək ən pis təsirlərinin qarşısını almaq üçün sürətli bərpaolunan enerjiyə mümkün qədər tez keçməklə xalis sıfıra çatmalıyıq. Dəyişikliyin bu qoşa aparıcı qüvvələri növbəti aylarda və illərdə bərpaolunan enerjiyə böyük sərmayə qoyacaqlar”.