12:30 - 14.05.2018
14 may, Fineko/abc.az. Yanvar-aprel aylarında özəl sahibkarlar ötən ilin eyni dövrü ilə müqayisədə, 15 milyard manatlıq və ya 0,9% çox sənaye məhsulları istehsal ediblər.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, hesabat dövründə qeyri-neft istehsalı 10,8% artıb, neft istehsalı isə 0,6% azalıb.
“Sənaye istehsalının 73%-i mədən sənayesinin, 21% emal sənayesinin, 4,5%-i elektrik enerjisi, qaz və buxarın istehsalı, paylanması və təchizatının, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalının payına düşüb”, - məlumatda belə deyilir.