Nazirlik tender keçirir

15:59 - 28.04.2022


28 aprel, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə tikilmiş fərdi evlərə qaz xətlərinin çəkilişi işlərinin layihələndirilməsi üçün açıq tender elan edir.

Tenderdə iştirak haqqı 350 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tender təkliflərini 01.06.2022 16:00 tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Aydın Məmmədov, telefon : (+99412) 5964409