14:26 - 25.04.2022
25 aprel, Fineko/abc.az. “AzerGold” QSC İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) avadanlıqlarının satın alınması üçün açıq tender elan edir.
Tenderdə iştirak haqqı 350 manatdır.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tender təkliflərini 31.05.2022 15:00 tarixinə qədər təqdim edə bilərlər.
Əlaqələndirici şəxs: Aygül Tağıyeva, telefon : (+99412) 505-02-02