11:57 - 25.04.2022
25 aprel, Fineko/abc.az. Rusiyanın "S7" aviaşirkətini "OneWorld" alyansından qovublar.
ABC.AZ-ın məlumatına görə, bununla bağlı rəsmi açıqlama verilib.
Açıqlamada deyilir: “Beynəlxalq uçuşların məhdudlaşdırılması səbəbindən S7 Airlines və Oneworld alyansı arasında işgüzar əlaqə əhəmiyyətli dərəcədə azalıb. Bu vəziyyətdə S7 Airlines və Oneworld 2022-ci il aprelin 19-dan müqaviləni dayandırmaq barədə birgə qərar qəbul ediblər."
Qeyd edək ki, "Oneworld" dünyanın üç ən böyük aviasiya alyanslarından biridir.
Bu cür alyanslar çərçivəsində tərəfdaş aviaşirkətlər birgə mil proqramlarını tətbiq edirlər, həmçinin eyni istiqamətlər üzrə biri birinin aviabiletlərini satırlar.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026