Rusların axın etdiyi ölkələrdə mənzillərin kirayəsi bahalaşıb

12:07 - 19.04.2022


19 aprel, Fineko/abc.az. Bəzi ölkələrdə rusların axını ilə əlaqədar kirayə evlərin qiyməti xeyli artıb. Türkiyə, Gürcüstan, Ermənistan və Özbəkistan kimi ölkələrdə mənzillərin və evlərin kirayə qiymətinin artmasına ən çox ruslar təsir edib.

ABC.AZ Banker-ə istinadən xəbər verir ki, indi Türkiyədə ev kirayəsi 2022-ci ilin fevral ayının sonu ilə müqayisədə 3-4 dəfə bahadır.

Məsələn, Antalya və Alanyada Rusiyadan gələn sorğuların sayı demək olar ki, dörd dəfə artıb.

Əgər 2021-ci ildə rusdilli əhali arasında məşhur olan Konyaaltı və ya Muratpaşa rayonlarında 2.5-4.5 lirəyə mənzil kirayə götürmək mümkün idisə, indi eyni təkliflər 10-20 min lirəyə başa gəlir.

Oxşar vəziyyət İstanbul, İzmir, Fethiye və Bodrumda da müşahidə olunur.

Əgər əvvəllər bu şəhərlərdə mənzil kirayəsinin orta qiyməti 2 min lirə ilə 4.5 min lirə arasında dəyişirdisə, indi 10-22 min lirəyə çatır.