10:42 - 14.04.2022
14 aprel, Fineko abc.az. “Azərişıq”ASC Kəlbəcər şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, avadanlıqların quraşdırılması və 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması üçün tender elan edir.
Təkliflər sorğusunda iştirak haqqı 750 manatdır.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təklifləri 31.05.2022 15:00 tarixinə qədər təqdim edə bilərlər.
Əlaqələndirici şəxs: Namiq Heybətov, [email protected]