Dövlət Vergi Xidməti vəkil axtarır - Tender

15:58 - 8.04.2022


8 aprel, Fineko/abc.az. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya instansiyasında baxılacaq işlər üzrə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olan vəkilin xidmət göstərməsi üçün tender elan edir.

Tenderdə iştirak haqqı 100 manatdır.

ABC.AZ etender.gov.az  veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini 22.04.2022 11:00 tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Gülşən Əliyeva, [email protected]