İşğaldan azad olunmuş ərazilərdə modul tipli xəstəxanalar kompleksləri hazırlanacaq

16:16 - 7.04.2022


7 aprel, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işğaldan azad olunmuş ərazilərdə üç ədəd modul tipli xəstəxana komplekslərinin hazırlanması və quraşdırılması işləri təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar ilkin sənədləri  sənədlər 06.04.2022 18:00 - 22.04.2022 12:00 tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: [email protected]