12:07 - 30.03.2022
30 mart, Fineko/abc.az. Rusiyaya qarşı sanksiyaların Azərbaycanla bağlanan sazişlər üzrə ödənişlərə hansı formada təsir edəcəyi açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.
Səfir bildirib ki, bu sahədə müəyyən problemlər var:
“Lakin düşünürük ki, bu, sistemli xarakter daşımır. Problem əsasən Rusiya rublunun kursunun dəyişməsi ilə bağlıdır. Belə çətinliklərin qısa müddətdə aradan qaldırılması üçün milli valyutalarla ödənişə keçid önəmlidir. Bu, Azərbaycanla Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəlarında da yer alıb”.
O, həmçinin qeyd edib ki, Rusiya- Azərbaycan arasında ticarətin həcmlərinin artırılması üçün yaşıl dəhliz layihəsi təqim olunub. Bu layihə gömrük prosedurlarının sadələşdirilməsini nəzərdə tutur.
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026