İki ayda Azərbaycana 125 milyon 433 min dollar dəyərində avtomobil idxal edilib

11:27 - 18.03.2022


18 mart, Fineko/abc.az. 2022-ci ilin ilk 2 ayında Azərbaycana idxal edilən avtomobillərin sayı və dəyəri açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə 125 milyon 433 min dollar dəyərində 11 min 145 ədəd nəqliyyat vasitəsi (avtomobi) idxal edilib.

İdxal edilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 18% artıb.

Belə ki, 2021-ci ilin ilk 2 ayında 9 min 437 ədəd avtomobil idxal edilmişdi. Minik avtomobillərinin idxalı 8 min 619 ədəddən 10 min 340 ədədə yüksəlib.

Müəllif: Elmir Murad