Rusiya Çindən kömək istədi - Moskva silah və iqtisadi yardıma möhtacdır

12:13 - 14.03.2022


14 mart, Fineko/abc.az. Rusiyanın Ukraynadakı müharibə ilə bağlı Çindən hərbi texnika və sanksiyalara tab gətirmək üçün iqtisadi yardım istədiyi açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə “The New York Times”a xəbər yayəıb.

Qeyd edilib ki, bunu qəzetə ABŞ rəsmiləri bəyan edib.

Buna baxmayaraq, amerikalı rəsmilər Rusiyanın Çindən məhz hansı növ hərbi texnikanı istəməsinə aydınlıq gətirməyiblər.

“Financial Times” isə yazır ki, vəziyyətlə bağlı məlumatlı bir mənbə bildirib ki, Çinin Rusiyaya kömək etməyə hazırlaşa biləcəyinə dair bir neçə əlamət fonunda ABŞ öz müttəfiqlərinə xəbərdarlıq etməyə hazırlaşır.

ABŞ-ın digər rəsmi şəxsləri isə qeyd edib ki, Rusiyanın bir neçə növ silahı bitmək üzrədir, çünki Ukraynada müharibə artıq 3 həftədir ki, davam edir.

Çin Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Ukraynadakı hərbi əməliyyatlar üçün Pekindən hərbi yardımı istəməsi ilə bağlı xəbərləri təkzib edib.

Çin XİN-in mətbuat katibi Rusiyanın Ukraynadakı hərbi əməliyyatları üçün Çindən hərbi yardım istəməsi ilə bağlı xəbərlərin ABŞ-ın dezinformasiyası olduğunu vurğulayıb.