Prezident İranın yol və şəhərsalma naziri qəbul edib

14:40 - 11.03.2022


11 mart, Fineko/abc.az. Prezident İlham Əliyev martın 11-də İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ABC.AZ xəbər verir ki, görüşdə bölgədə yaranmış yeni reallıqların əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı qeyd edildi.

Xüsusilə nəqliyyat sahəsində bu gün imzalanacaq Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun önəmi vurğulandı.