Ukraynadakı Rusiyaya məxsus əmlaklar müsadirə ediləcək

17:03 - 10.03.2022


10 mart, Fineko/abc.az. Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Federasiyası və onun rezidentlərinin mülkiyyət obyektlərinin ölkədə məcburi çıxarılması prinsipləri haqqında qanun imzalayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Ukraynanın Ali Radasının məlumatında deyilir.

Sənədin mətnində deyilir ki, Ukraynada Rusiya Federasiyasının və onun rezidentlərinin mülkiyyət hüquqlarının məcburi götürülməsi, Rusiya Federasiyasının Ukrayna və Ukrayna xalqına qarşı başladığı və apardığı tammiqyaslı təcavüzkar müharibə nəzərə alınaraq, onların dəyərinə heç bir kompensasiya (ödəniş) verilmədən həyata keçirilir.