Son iki gündə 21 Azərbaycan vətəndaşı Ukraynadan Macarıstana keçib

17:27 - 1.03.2022


 1 mart, Fineko/abc.az.   Ukraynada yaranmış mövcud vəziyyətlə əldaqədar son iki gündə 21 Azərbaycan vətəndaşı Ukrayna ilə Macarıstan arasındakı sərhəd-keçid məntəqələri vasitəsilə Macarıstan ərazisinə daxil olub.

ABC.AZ xəbər verir ki, həmvətənlərimiz sərhəd-keçid məntəqələrinin olduğu şəhərlərdən paytaxt Budapeştə aparılıb.
Onlar Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evində, bu şəhərdə yaşayan həmvətənlərimizin evlərində, eləcə də mehmanxanalarda yerləşdirilib. Diaspor təşkilatlarının nümayəndələri onlarla mütəmadi əlaqə saxlayaraq, ehtiyacları ilə maraqlanırlar.