Bu insanlar da ünvanlı sosial yardım ala bilərlər - Detallar

12:03 - 1.03.2022


1 mart, Fineko/abc.az. Pay torpağı olanların hansı halda ünvanlı dövlət sosial yardımı ala biləcəyi məsələsinə aydınlıq gətirilib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının direktoru Nicat İsmayılov "Sosial saat"da bildirib ki, əgər vətəndaşın pay torpaq mülkiyyəti varsa, qeydiyyata salınıbsa, həmin şəxs torpaq mülkiyyətçisi kimi qəbul olunur və onun işləməsinə ehtiyac olmur: "Bu zaman o, ünvanlı sosial yardım üçün müraciət edə bilər. Əgər vətəndaş pay torpağından istifadə etmirsə, bunu rəsmiləşdirməlidir. Həmçinin satıbsa rəsmi şəkildə alqı-satqı müqaviləsi bağlamalı, yaxud da imtina edirsə, bağışlayırsa yenə də sənədləşdirməlidir. Bundan sonra onun ünvanlı sosial yardım üçün müraciəti zamanı həmin pay torpağını bəyan etməsinə ehtiyac qalmayacaq”.