11:35 - 1.03.2022
1 mart, Fineko/abc.az. Ölkəmizin 41 şəhər və rayonunda şəhid ailələri və müharibə əlilləri üçün 500-ə yaxın fərdi evin tikintisi artıq yekunlaşmaq üzrədir. Evlər yaxın vaxtlarda istifadəyə veriləcək.
ABC.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında qeyd edilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri, kollegiyanın sədri Sahil Babayev 2021-ci ildə imtiyazlı kateqoriyalardan olan vətəndaşlara təqdim edilən mənzillərin sayının 3 il əvvələ nisbətən 5 dəfə artaraq 3 minə çatdığını, cari ildə də bu istiqamətdə işlərin davam etdirildiyini deyib. İndiyədək həmin vətəndaşlara 12300-dən çox mənzil və fərdi ev verildiyini bildirən S.Babayev 2022-ci ilin növbəti islahat paketi olaraq 3,4 milyon şəxsi əhatə edən əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə ciddi artımlarla başladığını, bu artımlara illik əsasda əlavə 2,1 mlrd. manat sərf olunacağını diqqətə çatdırıb.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026