14:11 - 10.02.2022
10 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunu qəbul edib.
ABC.AZ xəbər verir ki, İlham Əliyev ötən ilin dekabrında Moldova Prezidenti Maya Sandu ilə Brüsseldə keçirdiyi görüşü məmnunluqla xatırlayıb və ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.
Niku Popesku ölkələrimiz arasında diplomatik münasibətlərin olduğu 30 ilə yaxın müddətdə həmrəylik prinsipindən çıxış edərək Azərbaycan və Moldovanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026