Ermənistan tezliklə Zəngəzur dəhlizi çərçivəsində öz ərazisində dəmir yolunun tikintisinə başlayacaq - Paşinyandan açıqlama

12:32 - 3.02.2022


3 fevral, Fineko/abc.az. Ermənistan Zəngəzur dəhlizi çərçivəsində öz ərazisində Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəmir yolunun tikintisinə başlamağa yaxındır.

ABC.AZ xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Biz kommunikasiyaların açılması üzrə üçtərəfli İşçi Qrupun fəaliyyətinin ilk nəticəsini əldə etməyə çox yaxınıq. Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk və “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorovun İrəvana səfəri Arazəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinin başlanmasına həsr olunub”, - deyə o, bu gün hökumətin iclasında çıxışı zamanı bildirib.