15:44 - 11.01.2022
11 yanvar, Fineko/abc.az. Ailə üzvü şəhid olmuş, eləcə də Vətən müharibəsində iştirak etmiş 50 nəfər 2021-ci ildə “Azərsu” ASC-yə işə qəbul olunub.
ABC.AZ “Azərsu” ASC-yə istinadla xəbər verir ki, işə qəbul olunanlardan 3 nəfəri şəhid ailəsinin üzvü, 47 nəfəri İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. İşlə təmin olunmuş Vətən müharibəsi iştirakçısının 2-si döyüşlərdə yaralanıb.
Hazırda “Azərsu” ASC-də müharibə iştirakçısı olmuş 900 nəfər çalışır. Onlardan 590-ı Birinci Qarabağ, 309-u Vətən müharibələrinin, 1 əməkdaş isə 2016-cı il Aprel döyüşlərinin iştirakçısıdır.
Qeyd edilir ki, 188 əməkdaş Vətən müharibəsində iştirak edib, onlardan 3 nəfəri şəhid olub, 23 nəfəri yaralanıb. Eyni zamanda, döyüşlərdə kollektivin 21 işçisinin ailə üzvü şəhid olub, 46 ailə üzvü isə yaralanıb.
Eyni zamanda “Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 21 işçisi döyüş bölgəsinə ezam olunub və onlardan 1 nəfər xidməti vəzifəsini yerinə yetirərkən yaralanıb.