Azergold avtomobillərin texniki xidmətinə 90 min manat pul xərcləyəcək - Tender

10:16 - 11.01.2022


11 yanvar, Fineko/abc.az.  "Azergold" QSC bir müddət əvvəl elan etdiyi tenderə yekun vurub.

ABC.AZ-ın məlumatına görə, tenderin qalibi "Toyota Gəncə Mərkəzi" MMC olub. Tenderə əsasən, Çovdar Filiz Emalı Sahəsində mövcud olan nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinin satın alınması həyata keçiriləcək.

QSC qalib şirkətə 89 497 manat pul ödəyəcək. Tenderlə Toyota Hilux (9 ədəd), Toyota Prado (1 ədəd), Mitsubishi L200 (4 ədəd) avtomobillərinə xidmət göstəriləcək.