16:51 - 7.01.2022
7 yanvar, Fineko/abc.az. Bu ilin iyun ayının 1-dək istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılması, ekoloji təmiz və təhlükəsizlik xüsusiyyətləri yüksək olan nəqliyyat vasitələrinin idxalının, ölkə ərazisində alqı-satqısının, habelə sair formada dövriyyəsinin stimullaşdırılması məqsədilə aksiz dərəcələrinin mərhələli şəkildə adekvat olaraq dəyişdirilməsinə dair təkliflər hazırlanacaq.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, müvafiq təkliflərin hazırlanması Dövlət Gömrük Komitəsinə (DGK), İqtisadiyyat (o cümlədən Dövlət Vergi Xidmətinə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə) və Maliyyə nazirliklərinə həvalə olunub.
Bununla yanaşı, cari ilin birinci rübünün sonunadək Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə onların, o cümlədən sürətli enerji doldurucu qurğu və avadanlıqların gömrük idxal rüsumlarına əlavə güzəştlərin tətbiqi imkanları qiymətləndiriləcək. Qiymətləndirmə üç dövlət qurumu tərəfindən (DGK, Maliyyə və İqtisadiyyat nazirlikləri) aparılacaq.
18 Avqust 2026