09:58 - 6.01.2022
6 yanvar, Fineko/abc.az. AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edib.
ABC.AZ-ın məlumatına görə, bu barədə "Azərbaycan Hava Yolları QSC"-nin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.
“Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq”, - məlumatda vurğulanıb.
13 Avqust 2026
13 Avqust 2026