"Azərsu" sudan qanunsuz istifadə halları aşkarlayıb

10:23 - 23.12.2021


23 dekabr, Fineko/abc.az. “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Suraxanı rayonunda sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

ABC.AZ xəbər verir ki, Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsində yerləşən obyektdə 4 mağaza – “Gəncə təndiri” çörək sexi, ət kəsimi məntəqəsi, Al və Oba marketlərində, Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsindəki qum bazarında, Yeni Günəşli qəsəbəsi AB 98 ünvanında yerləşən  ət kəsimi sexində, Suraxanı rayonunda bir neçə fərdi həyət evində sudan qanunsuz istifadə halları məlum olub.

Bundan başqa, Əmircan qəsəbəsi Bəydəmirov küçəsində qanunsuz olaraq su satışı həyata keçirən sudaşıyan maşın aşkarlanıb.

Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə Qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.