15:34 - 17.12.2021
17 dekabr, Fineko/abc.az. İçməli su təchizatı sektorunda çalışan işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Azərsu” ASC tərəfindən növbəti təlimlərə başlanılıb.
ABC.AZ xəbər verir k, Magistral və şəbəkə su xətlərinin normal istismarını təmin etmək, həmçinin gələcəkdə baş verə biləcək qəza hallarının aradan qaldırılması məqsədilə polietilen boruların qaynağı üzrə təlimlər keçirilir.
Təlimlərə “Azərsu” ASC-nin Bakı şəhəri və regionlarda fəaliyyət göstərən idarələrinin 248 usta və çilingəri cəlb olunub.
Qeyd olunur ki, kadr hazırlığı və işçilərin peşəkarlığının artırılması işinin təkmilləşdirilməsi məqsədi ilə Hövsan Aerasiya Stansiyasının ərazisində yaradılmış Təlim və İnnovasiya Mərkəzində eyni vaxtda 350 nəfərə təlimlərin keçirilməsinə imkan var. Burada mexanika, energetika, avtomatika və metrologiya, kompüter, coğrafi informasiya sistemi, SCADA, nəzarət ölçü cihazları kabinetləri fəaliyyət göstərir.
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026