12:31 - 15.12.2021
15 dekabr, Fineko/abc.az. Bu ilin noyabr ayında Azərbaycanda "Facebook" sosial şəbəkə istifadəçilərinin sayı oktyabr ayı ilə müqayisədə 3% artıb.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, dekabrın 1-i tarixinə ölkə üzrə 5 230 100 nəfər aktiv "Facebook" istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 50,9%-ni təşkil edir.
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə "Facebook" istifadəçilərinin sayı 40,5% və ya 1 509 100 nəfər artıb. İstifadəçilərin 64,7%-i kişilər, 35,3%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 973 700 nəfər) ibarət olub.
Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 626 300 nəfərlə liderlik edir.
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026