15:51 - 14.12.2021
14 dekabr, Fineko/abc.az. Mehmanxanalar (hotellər) tərəfindən “Turizm haqqında” qanunun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə - iki min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.
ABC.AZ-ın məlumatına görə, bu İnzibati Xətalar Məcəlləsinə edilə dəyişiklikdə öz əksini tapıb.
Belə ki, dəyişikliklə Məcəlləyə yeni maddə (428-1. Turizm haqqında qanunvericiliyin pozulması) əlavə edilir. Qanunun 13.2–13.4-cü maddələrinin tələbləri pozularaq, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə,
Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə - üç yüz manat məbləğində cərimə ediləcək.
Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə - iki yüz manat məbləğində cərimə ediləcək.