Mark Zukerberq Bank sektoruna daxil olur?

10:33 - 14.12.2021


14 dekabr, Fineko/abc.az. "Meta Platforms" şirkətinin rəhbəri Mark Zukerberq ABŞ-ın eyniadlı bankının ("MetaBank") ticarət nişanını 60 mln. dollara alıb.

ABC.AZ-ın məlumatına görə, "Meta Financial Group"un nümayəndəsi bildirib ki, sövdələşmə "Meta Platforms" adından Delaver ştatında yerləşən "Beige Key" tərəfindən həyata keçirilib.

Yeni nişanın alınmasından sonra bəziləri M.Zukerberqin indidə bank sektoruna daxil olduğunu iddia edir.

Belə ki, analitiklər hesab edir ki, M.Zukerberq Meta nişanını məhz bu məqsədlə alıb.

Müəllif: Elmir Murad