14:06 - 13.12.2021
13 dekabr, Fineko/abc.az. Azərbaycanda diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir.
ABC.AZ xəbər verir ki, bununla bağlı “Pasportlar haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir. Dəyişikliyə əsasən, Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycanın Birinci vitse-prezidentinə və vitse-prezidentlərə diplomatik pasport veriləcək.
Digər bir dəyişikliklə isə, Birinci vitse-prezidentə və vitse-prezidentlərə diplomatik pasport ömürlük veriləcək.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026