15:17 - 9.12.2021
9 dekabr, Fineko/abc.az. Ağdam şəhəri Bakı ilə Gəncə arasında, Sumqayıtla Bakı və Gəncə arasında bir simbioz təşkil edəcək. Çox maraqlı bir layihədir baş plan.
ABC.AZ xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov "Xalq" qəzetinə müsahibəsində deyib. E.Hüseynov baş planın hazırlanmasında yerli memarlarla yanaşı, xarici ölkələrin tanınmış layihələndirmə institutları birgə çalışdıqlarını vurğulayıb:
"Ağdam şəhərində çoxlu müasir tipli binalar olacaq. Şəhər ağıllı şəhər konsentrasiyasına uyğun inşa olunacaq. Şəhərin 20 faizi yaşıllıqla əhatə olunacaq. Şəhərdə 4 meşə massivi, 23 şəhərtipli park və şəhərin içində yollar kifayət qədər geniş zolaqlı olacaq. Dünyada ən geniş şəhər küçələrindən biri Lissabon şəhərinin küçələridir, eni 60 metrdir. Ağdam şəhərində iki belə böyük küçə nəzərdə tutulur ki, onun da birinin eni 60 metr, digərinki isə 55 metr olacaq. Bu o deməkdir ki, küçələr boyu həm yaşıllıq olacaq, həm də avtobus, piyada və velosiped yolları. Avtomobillərin park edilməsi üçün yerlər çoxluq təşkil edəcək. Yəni elə planlaşdırmağa çalışdıq ki, insanlar fərdi maşınları olsa da belə, o maşınlardan istifadəyə ehtiyac qalmasın".
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026