16:22 - 3.12.2021
3 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Milli Məclisə bəzi təkliflər daxil olub və qəbul edilib.
ABC.AZ həmin qəbul edilən təklifləri təqdim edir.
ƏDV-nin qaytarılması mexanizmi avtomobil, alkoqollu içki və tütün məmulatlarına aid edilməyəcək;
Elektron siqaretə aksiz dərəcəsi tətbiq olunacaq;
Hibrid avtomobillərin idxalı və satışı, elektrik avtomobillərinin satışı ƏDV-dən azad ediləcək;
Mühərrikinin həcmi 3000 kub/sm-dən çox olan və köhnə minik avtomobillərinə görə aksiz dərəcələri artırılacaq;
Araq, likör və konyakın aksiz dərəcələri artırılacaq;
Ehtiyac meyarının həddi 200 manat müəyyən olundu;
Yaşayış minimumunun həddi 210 manata qaldırılıb.
Müəllif: Elmir Murad