12:06 - 23.11.2021
23 noyabr, Fineko/abc.az. Deputat Tahir Kərimli Parlamentin ötən dəfəki iclasında Milli Məclisin avtomobil parkının yenilənməsi ilə bağlı çıxışına görə spiker Sahibə Qafarovadan və xalqdan üzr istəyib.
ABC.AZ xəbər verir ki, T. Kərimli çıxışında yanlış məlumatlara yol verdiyini açıqlayıb.
O qeyd edib ki, sürücülərin əməkhaqqısı kəsilməyib. "Onlar üçün, hətta kurs da təşkil edilib. Sənədlərdə gördüm ki, Milli Məclisdə xeyli sayda insan yüksək vəzifələrə çəkiliblər. Bir neçə adama COVID-lə bağlı 500 manat yardım edilib" deyə deputat qeyd edib.
Müəllif: Elmir Murad
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026