Ərdoğan Ermənistanın təxribatı ilə bağlı iclas çağırdı
12:27 - 22.11.2021
22 noyabr, Fineko/abc.az. Bu gün Türkiyədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
ABC.AZ-ın məlumatına görə, iclasda Liviya, Suriya və Şərqi Aralıq dənizindəki son vəziyyət, həmçinin Azərbaycan-Ermənistan sərhədində baş verən ən son hadisələr barədə fikir mübadiləsi aparılacaq.
Ərdoğan iclasdan sonra mətbuat konfransı keçirəcək və qəbul edilən qərarları ictimaiyyətə açıqlayacaq